Finss.az - 26 avqust 2025-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi diaqnostika və ölçmə cihazlarının satınalınması üzrə müsabiqə elan edib.
Satınalmanın ümumi ehtimal olunan dəyəri 97.221,42 manat təşkil edir.
Müsabiqə çərçivəsində aşağıdakı avadanlıqlar alınacaq:
- ultrasəs qalınlıqölçən,
- ultrasəs sərtlik ölçən,
- müxtəlif tozların kütlə cəmləşmələrini ölçən cihaz,
- elektromaqnit sahə ölçən,
- maqnit toz defektoskopu,
- vizual yoxlama dəsti.
Bütün cihazlar pasport, istismar sənədi və kalibrasiya sertifikatı ilə təmin olunmalı, zəmanət şərtləri mövcud olmalıdır.
Təkliflərin qəbulu və zərflərin açılışı 09 sentyabr 2025-ci il saat 19:00-da baş tutacaq.
İştirakçılar üçün iştirak haqqı 194,44 manat, istifadə haqqı isə 25 manat müəyyən edilib. Ödənişlər geri qaytarılmır.
Əlavə məlumat üçün keyfiyyət üzrə menecer İmanov Sovet ilə [email protected] elektron poçt ünvanı və ya +994 12 512 15 70 (1061) telefonu vasitəsilə əlaqə saxlamaq mümkündür.